...

"Azərbaycan Dəmir Yolları"nın kollektivi gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 7 İyul 2011 16:41 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, sərnişinlərin və hərəkət tərkibinin təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra tədbirlər reallaşdırılır.
"Azərbaycan Dəmir Yolları"nın kollektivi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Havalarin isti keçməsi ilə əlaqədar "Azərbaycan Dəmir Yolları"nın kollektivi gücləndirilmiş iş rejiminə keçib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, sərnişinlərin və hərəkət tərkibinin təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra tədbirlər reallaşdırılır.

Katibliyin rəisi bildirib ki, İnfrastruktur Departamentinin kollektivi gün ərzində bir neçə dəfə dəmiryolun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə baxış keçirir, istidən öz-özünə alovlanma baş verməsin deyə, quru otlar təmizlənir.

Sərnişindaşıma Departamenti reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanır, beynəlxalq və "Ekpress" tipli qatarlarda yol boyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur.

Eyni zamanda, vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

Yay mövsümü ilə əlaqədar olaraq iyulun 1-dən 38-37 saylı Bakı-Tbilisi sürət qatarına da vaqon-restoran qoşulub.

Xəbər lenti

Xəbər lenti