...

Azərbaycanda 2011-ci ildə 50-yə yaxın meşə mühafizəçisi işdən çıxarılıb

Cəmiyyət Materials 14 İyul 2011 10:52 (UTC +04:00)
Azərbaycanda 2011-ci ilin ilk altı ayı ərzində 46 nəfər meşə mühafizəçisi işdən çıxarılıb.
Azərbaycanda 2011-ci ildə 50-yə yaxın meşə mühafizəçisi işdən çıxarılıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci ilin ilk altı ayı ərzində 46 nəfər meşə mühafizəçisi işdən çıxarılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Meşə Mühafizəsi və Bərpası müəssisələrində aparılmış yoxlamalar zamanı işlərində qanun pozuntusuna yol verdiklərinə görə 46 nəfər meşə mühafizəçisi işdən azad olunub, 145 nəfərə töhmət, 55 nəfərə isə şiddətli töhmət verilib.

6 ay ərzində 10 min kubmetr həcmində qanunsuz qırıntı aktlaşdırılıb və hesablanmış 77,4 min ziyanın 41,2 min manatının ödənilməsi təmin olunub. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 26 min manat məbləğində 140 işdən 27-nə baxılaraq 3,7 min manatın ödənilməsi təmin edilib.

Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən isə ötən altı ayı ərzində 1335 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti