...

Britaniyanın Azərbaycandakı səfirliyi qeyri-rəsmi futbol turniri təşkil edəcək

Cəmiyyət Materials 3 Avqust 2011 15:55 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qeyri-rəsmi futbol turniri təşkil edəcək. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən məlumat verilib.
Britaniyanın Azərbaycandakı səfirliyi qeyri-rəsmi futbol turniri təşkil edəcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qeyri-rəsmi futbol turniri təşkil edəcək. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən məlumat verilib.

Avqustun 6-da Mərdəkan qəsəbəsində yerləşən "Dalğa" İdman İstirahət Kompleksində Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil ediləcək turnirin başlıca məqsədi 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarını təbliğ etməkdir.

Turnirə altı komanda qatılacaq - Britaniya səfirliyini təmsil edən "London 2012" komandası, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, AFFA, Britaniya-Azərbaycan Məzunlar Birliyinin, həmçinin idman jurnalistlərindən ibarət "Mətbuat" komandası.

2012-ci il Olimpiya oyunları iyulun 27-dən avqustun 12-dək və Paralimpiya oyunları avqustun 29-dan sentyabrın 9-dək Londonda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti