...

İran narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə ildə 800 milyon dollar xərcləyir

Cəmiyyət Materials 25 Avqust 2011 11:19 (UTC +04:00)
İran narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə hər il 800 milyon dollardan çox vəsait sərf edir. Təkcə ötən il ölkənin şərq sərhədlərinin bağlanması məqsədi ilə 600 milyon dollar vəsait xərclənib.
İran narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə ildə 800 milyon dollar xərcləyir

Azərbaycan, Bakı, 25 avqust /Trend/

İran narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə hər il 800 milyon dollardan çox vəsait sərf edir. Təkcə ötən il ölkənin şərq sərhədlərinin bağlanması məqsədi ilə 600 milyon dollar vəsait xərclənib. Bu barədə İranın Narkotiklərlə Mübarizə Təşkilatının şöbə müdiri Məhəmməd Məsud Zahidiyan bildirib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Zahidiyan narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün beynəlxalq təşkilatların İrana az yardım ayırdığını və bunun ümumilikdə 15 milyon dollar təşkil etdiyini deyib.

O əlavə edib ki, ötən beş il ərzində qaçaqmalçılardan hər il orta hesabla 600 ton narkotik vasitə müsadirə olunub.

"Müsadirə olunan narkotiklərin 75 faizini tiryək və heroin təşkil edir. İndiyədək narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə 4 mindən çox polis əməkdaşı həlak olub, 12 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar", - Zahidiyan deyib.

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, sement divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.

Xəbər lenti

Xəbər lenti