...

Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 25 Avqust 2011 11:13 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, avqustun 24-də nefrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan verib.

İmtahanlarda iştirak edən həkimlərdən 86 nəfər (94 faiz) uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə sentyabrın 7-də keçiriləcək.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb.

Sertifikasiya iki mərhələli keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. I mərhələdən keçən həkimlər isə müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti