...

Mədət Quliyev: Azərbaycanda 17 xüsusi müəssisə ləğv olunub

Cəmiyyət Materials 10 Oktyabr 2011 11:55 (UTC +04:00)
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzalarının digər cəza növü ilə dəyişdirilməsi prosesi başa çatıb.
Mədət Quliyev: Azərbaycanda 17 xüsusi müəssisə ləğv olunub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzalarının digər cəza növü ilə dəyişdirilməsi prosesi başa çatıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, bu cəzaya məhkum olunmuş 1767 məhkumun cəzası məhkəmələrin qərarı ilə digər cəza növləri ilə dəyişdirilib.

"Azadlığın məhdudlaşdırılması cəzası cəza sistemindən çıxarılandan sonra Azərbaycanda bu cəzalar üçün nəzərdə tutulan 17 xüsusi müəssisə ləğv olunub", - Quliyev əlavə edib.

Xidmət rəisi bildirib ki, azadlığın məhdudlaşdırılması cəzasının ləğvindən sonra məntəqə tipli müəssisələrin sayının 13-dən 25-ə çatdırılması nəzərdə tutulub və bu müəssisələr respublikanın bütün regionlarını əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti