...

Azərbaycanda yeni zooloji park Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq

Cəmiyyət Materials 2 Noyabr 2011 13:14 (UTC +04:00)
Azərbaycanda tikilən yeni zoopark Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq. Trend-in xəbərinə görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Azərbaycanda yeni zooloji park Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni zooloji park Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq. Trend-in xəbərinə görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Yeni zooloji parkın tikintisi Abşeronun Qobu ərazisində nəzərdə tutulurdu.

Bağırovun sözlərinə görə, yerin dəyişməsi ilə bağlı ictimaiyyətin təklifləri də nəzərə alınıb.

"Qobuda başqa layihələr həyata keçirilməlidir. Ona görə də yerlə bağlı qərarı dəyişdik. Zoopark tikiləcək yerdə tullantıların axıntısı olmamalı, yeni texnologiyalardan istifadə üçün geniş imkan yaradılmalıdır", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti