Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir M.Əliyev/
Fransanın paytaxtı Parisdə YUNESKO-nun əsas iqamətgahında İdmanda Dopinq əleyhinə Beynəlxalq Konvesiyanın tərəfdaşlarının 3-cü sessiyasının konfransına bazar ertəsi start verilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildirilib ki, Azərbaycanı bu konfransda YUNESKO-nun baş direktoru İrina Bokovanın rəsmi dəvəti ilə gənclər və idman naziri Azad Rəhimov təmsil edir.
Konfransda 2-ci sessiyanın yekun hesabatının qəbulu, Dünya Antidopinq Agentliyinin məruzəsi, İdmanda Dopinq əleyhinə Beynəlxalq Konvesiyanın monitorinqi, Dopinqin İdmandan Kənarlaşdırılması Fondunun məruzəsi və digər məsələlərin müzakirə və həlli nəzərdə tutulub.