...

Azərbaycan Tibb Universitetinin tələbələri semestr imtahanlarını yeni üsulla verəcəklər

Cəmiyyət Materials 21 Dekabr 2011 14:37 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin tələbələri ilk dəfə olaraq, bu tədris ilinin qış semestrində yeni üsulla imtahan verəcəklər.
Azərbaycan Tibb Universitetinin tələbələri semestr imtahanlarını yeni üsulla verəcəklər

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Tibb Universitetinin tələbələri ilk dəfə olaraq, bu tədris ilinin qış semestrində yeni üsulla imtahan verəcəklər. Bunu çərşənbə günü Trend-ə universitetin tədris işləri üzrə prorektoru Nəsimi Qasımov deyib.

Onun sözlərinə görə, bu semestrdə universitetin bütün fakültələrinin kredit sistemi ilə oxuyan tələbələri kompyuter vasitəsilə test imtahanı verəcəklər. Yenilik universitet tələbələrinin yarısını - 2600-2700 tələbəni əhatə edəcək.

"Yuxarı kurslar ənənəvi üsulla imtahan verəcəklər. Aşağı kurslar kredit sistemi ilə oxuyurlar. Ona görə də bu yenilik ilk olaraq, onlara şamil olunacaq. Amma gələcəkdə kreditlə təhsil alanların sayı çoxaldıqca, belə imtahanların da sayı artacaq", - prorektor deyib.

Qasımov bildirib ki, imtahanlar insan faktoru olmadan təşkil olunacaq. Tələbələr imtahan bitən kimi onun nəticəsini öyrənəcəklər.

Onun sözlərinə görə, imtahanların kompyuterlə keçirilməsi üçün universitetin texniki imkanları var. Bu məqsədlə universitetdə xüsusi otaqlar ayrılıb.

Prorektor gələcəkdə dövlət imtahanlarının da kompyuterlə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti