...

Bakıda 37 nəfər sürüşmə nəticəsində xəsarət alıb

Cəmiyyət Materials 11 Fevral 2012 09:57 (UTC +04:00)
Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 37 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb.
Bakıda 37 nəfər sürüşmə nəticəsində xəsarət alıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 fevral / Trend müxbir İ.İsabalayeva/

Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 37 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu şənbə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

O bildirib ki, xəsarət alan şəxslərin 29-u xəstəxanalara yerləşdirilib.

Baş həkimin sözlərinə görə, ümumilikdə ötən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1331 müraciət daxil olub. Müraciət edənlərin 144-sı xəstəxanalara yerləşdirilib. Dünən 73 nəfər müxtəlif dərəcəli travma alıb. Onlardan 44-ü xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti