...

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 13 Fevral 2012 16:36 (UTC +04:00)
Bu ilin fevral-aprel aylarında Azərbaycanda uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək.
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin fevral-aprel aylarında Azərbaycanda uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsi barədə təhsil naziri Misir Mərdanov əmr verib.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkilidir.

Müsabiqənin keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasının təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirməlidirlər.

Müsabiqənin zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri, idarələri və digər ezam edən təşkilatlar tərəfindən ödəniləcək.

Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti