...

Ermənistan "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Mart 2012 12:40 (UTC +04:00)
Ermənistan Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib.
Ermənistan "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:21-də yayılıb)

Azərbaycan, Bakı, 7 mart / Trend /

Ermənistan Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib. Trend-in məlumatına görə, bu barədə "Eurovision"ın rəsmi saytında məlumat verilib.

"Biz Ermənistanın yayımçısının "Eurovision 2012"-də iştirakdan imtinası barədə qərarından həqiqətən məyus olduq", - Avropa Yayım Şurası adından müsabiqənin icraçı rəhbəri Con Ola Sand deyib. "AYŞ-nin və teleşirkətin Ermənistan nümayəndə heyətinin müsabiqədə iştirakını təmin etməsi üçün göstərdiyi səylərə baxmayaraq, bizdən asılı olmayan səbəblər bu qərara gətirib çıxarıb", - o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti