...

Tovuz rayonunun bir neçə kəndinin adı dəyişdirildi

Cəmiyyət Materials 7 Mart 2012 16:53 (UTC +04:00)
Milli Məclisin çərşənbə günü keçirilən iclasında Tovuz rayonunun bir neçə kəndinin adının dəyişdirilməsi təsdiq olunub.
Tovuz rayonunun bir neçə kəndinin adı dəyişdirildi

Azərbaycan, Bakı, 7 mart /Trend/

Milli Məclisin çərşənbə günü keçirilən iclasında Tovuz rayonunun bir neçə kəndinin adının dəyişdirilməsi təsdiq olunub.

Trend-in məlumatına görə, "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındа" qanun layihəsinə edilən dəyişikliyə görə, Tovuz rayonunun Aşağı Ayıblı kəndi Əyyublu, Azaplı kəndi Azaflı, Aşağı Öysüzlü kəndinin inzibati ərazisindəki Qazqulu kəndi Qazıqulu, Qəribli kəndinin inzibati idarəsindəki Oskən kəndi Öskən və Girzan kəndi Hunan adlandırılıb.

Həmçinin, qanuna edilən dəıyişikliyə görə, Tovuz rayonunun Qovlar qəsəbəsi şəhər statusu alıb. Tovuz rayonunda Ağacqala, Bayramlı, Cəlilli və Əhmədabadlı yeni kənd inzibati ərazi dairələri yaradılaraq, Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib.

Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva iclasda həmin kəndlərin adının dəyişdirilməsinin vacib olduğunu bildirib.

"Bu kəndlərin mövcud olan adları tarixən belə olmamışdı və dəyişikliklərə məruz qalaraq bugünkü formaya gəlib çatıb", - o deyib.

Paşayeva qeyd edib ki, Qovlar qəsəbəsinin artıq şəhər statusu almağa haqqı var. Onun sözlərinə görə, bu dəyişiklik Tovuzun müəyyən bölgələrinin idarə olunmasına önəmli töhfələr verəcək.

Paşayeva deyib ki, bu dəyişikliklərin edilməsi xeyli vaxtdır müzakirə olunurdu.

Xəbər lenti

Xəbər lenti