...

Diaspor üzvləri Sezen Aksunun İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcəklər

Cəmiyyət Materials 12 Mart 2012 16:27 (UTC +04:00)
Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin məşhur müğənnisi Sezen Aksunun hazırladığı albomunda Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in erməni dilində ifasını yerləşdirməsi ilə bağlı martın 19-da saat 15:00-da müğənninin İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək.
Diaspor üzvləri Sezen Aksunun İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcəklər

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin məşhur müğənnisi Sezen Aksunun hazırladığı albomunda Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in erməni dilində ifasını yerləşdirməsi ilə bağlı martın 19-da saat 15:00-da müğənninin İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək. Trend-in məlunatına görə, bu barədə bazar ertəsi BDM-dən bildirilib.

BDM və ASİM-DER həmçinin bu məsələ ilə bağlı birgə bəyanat qəbul ediblər.

Bəyanatda deyilir ki, Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi, biz diasporçuları da narahat edir.

"Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırım və terror aktları həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdirirlər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq", - bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, 26 fevral tarixində Xocalı soyqırımının anma günündə İstanbulun Taksim meydanında keçirilən yürüşdə Azərbaycan və Türkiyə ictimaiyyəti bir yumruq olduğunu göstərib və tədbirdə iştirak edən rürk və Azərbaycan sənətçiləri Azərbaycanın qədim xalq mahnısı olan "Sarı gəlin"i yürüş zamanı canlı ifa ediblər. "Təəssüflər olsun ki, Sezen Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olub. Biz BDM və ASİM-DER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını boykot etməyə çağırırıq. Biz Aksunu erməni yandaşlığından əl çəkməyə, Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti