...

"Atəşgah"ın görünüşü tamamilə dəyişəcək

Cəmiyyət Materials 30 Mart 2012 14:51 (UTC +04:00)
"Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunun ekspozisiyası tamamilə dəyişəcək.
"Atəşgah"ın görünüşü tamamilə dəyişəcək

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir İ.İsabalayeva/

"Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunun ekspozisiyası tamamilə dəyişəcək. Bunu Trend-ə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev deyib.

O bildirib ki, "Atəşgah məbədi"ndə təmir işləri aparıldıqdan sonra bu qoruğun fəaliyyəti müasirləşdiriləcək və elektronlaşdırılacaq.

"Orada da Qobustan Milli Tarixi-Bədii Qoruğunda olduğu kimi, ekspozisiyalar dəyişdiriləcək. Onun funksiyaları elektronlaşdırılacaq. Oraya gələn ziyarətçilər artıq qoruğun fəaliyyəti ilə bağlı məlumatları elektron qaydada ala biləcəklər", - nazir mavini əlavə edib.

Onun sözlərinə görə, bu abidə uzun müddət idi ki, tam bərpa olunmurdu. Bu yaxınlarda başlanacaq təmir işlərindən sonra isə "Atəşgah məbədi"nın ətraf ərazisi abadlaşdırılacaq və genişləndiriləcək.

Əliyev bildirib ki, "Atəşgah məbədi"nin ətraf ərazisində çoxlu fərdli evlər tikilmişdi. Hazırda həmin evlərin çoxu köçürülür.

Qeyd edək ki, maydan qoruğun təmirinə başlanacaq. Təmir işləri dövlət büdcəsinin vəsaitləri hesabına aparılacaq. Təmir zamanı burada geniş abadlıq işləri aparılacaq, Atəşgah Tarix Muzeyi ilə yanaşı, ofis binası da tikiləcək. Eyni zamanda, turistlərin rahatlığını təmin etmək üçün burada kafe və dükanlar da açılacaq. Bu işlərin 2-3 ilə yekunlaşacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti