Azərbaycan, Bakı, 2 aprel /Trend/
"Yuteyr aviaşirkəti" Tümendə qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısını açıqlayıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
İlkin məlumata görə, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.
Təyyarə Moskva vaxtı ilə 05:50-də (Bakı vaxtı ilə 06:50) Roşino hava limanında havaya qalxan zaman qəzaya uğrayıb. O, Tümendən 45 km aralıda yerə düşüb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 43 nəfər - 39 sərnişin və 4 ekipaj üzvü olub. Onlardan 17-si sağ qalıb. 16 nəfərin cəsədi aşkarlanıb. Qalan sərnişinlərin taleyi məlum deyil.
Hazırda "Yuteyr" şirkətinə məxsus helikopterlərlə yaralanan sərnişin və ekipaj üzvlərinin evakuasiyası həyata keçirilir.