...

Trend BİA "Eurovision 2012"-nin birinci yarımfinalını birbaşa yayımlayacaq

Cəmiyyət Materials 22 May 2012 13:32 (UTC +04:00)
Trend BİA istifadəçiləri "Eurovision-2012" müsabiqəsinin birinci yarımfinalına agentliyin saytında baxa bilərlər.
Trend BİA "Eurovision 2012"-nin birinci yarımfinalını birbaşa yayımlayacaq

Azərbaycan, Bakı, 22 may / Trend /

Trend BİA istifadəçiləri "Eurovision-2012" müsabiqəsinin birinci yarımfinalına agentliyin saytında baxa bilərlər.

Birinci yarımfinal saat 00:00-dan 02:00-dək davam edəcək.

Birinci yarımfinalda Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, Rusiya, İsrail, San-Marino, Kipr, Danimarka, Macarıstan, Avstriya, Moldova və İrlandiya təmsilçiləri çıxış edəcəklər.

Müsabiqə xüsusi olaraq "Eurovision-2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçiriləcək. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçı müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı əldə edəcəklər. "Eurovision 2012"-nin teleauditoriyası dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.

Hazırkı 57-ci müsabiqədə 42 ölkədən nümayəndə iştirak edir.

Müsabiqənin yarımfinalları mayın 22-də və 24-də, finalı isə mayın 26-da keçiriləcək.

Azərbaycan mötəbər Avropa mahnı müsabiqəsinə ev sahibliyi hüququnu Eldar Qasımov və Nigar Camalın (Ell/Nikki) Аlmaniyanın Drüsseldorf şəhərində keçirilən "Eurovision 2011"-dəki qələbəsindən sonra əldə edib.

Xəbər lenti

Xəbər lenti