...

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə əlillik müddətsiz təyin ediləcək

Cəmiyyət Materials 5 İyul 2012 10:40 (UTC +04:00)
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət bu barədə qərar qəbul edib.
Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə əlillik müddətsiz təyin ediləcək

Azərbaycan, Bakı, 5 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə əlillik müddətsiz təyin ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət bu barədə qərar qəbul edib.

"Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə edilən son dəyişikliyə görə, dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.

Bu dəyişikliyə uyğun olaraq "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə də dəyişiklik edilib.

Xəbər lenti

Xəbər lenti