...

Azərbaycanda bu il insan alveri qurbanlarının hansı ölkələrə aparıldığı açıqlandı

Cəmiyyət Materials 2 Avqust 2012 12:22 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci yarısında insan alveri ilə bağlı 65 cinayət faktı qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.
Azərbaycanda bu il insan alveri qurbanlarının hansı ölkələrə aparıldığı açıqlandı

Azərbaycan, Bakı, 2 avqust / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci yarısında insan alveri ilə bağlı 65 cinayət faktı qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.

Hesabat dövründə insan alveri ilə bağlı 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib, 7 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib. 47 insan alveri qurbanı müəyyən edilib. İnsan alveri ilə bağlı birinci yarımildə 9 cinayət işi başlanıb.

İnsan alveri qurbanı olanlar İran, Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.

Qurbanların əksəriyyəti qadınlar və 7-si 18-25 yaş, 26-sı 25-35 yaş, 13-ü 35 yaşdan yuxarı olanlardır.

Hesabat dövründə İdarə tərəfindən fahişəliyə cəlbetmə ilə əlaqədar 31, əxlaqsızlıq yuvaları saxlama ilə bağlı 43, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 2 fakt aşkar edilib.

Xəbər lenti

Xəbər lenti