...

İranda zəlzələdən zərərçəkənlərə əhali 6 milyon dollardan çox yardım edib

Cəmiyyət Materials 21 Avqust 2012 14:01 (UTC +04:00)
İndiyədək İranda zəlzələdən zərərçəkənlərə yardım məqsədilə əhali tərəfindən 6 milyon 425 min dollar vəsait toplanıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Əbulhəsən Fəqih deyib .Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
İranda zəlzələdən zərərçəkənlərə əhali 6 milyon dollardan çox yardım edib

Azərbaycan, Bakı, 21 avqust /Trend müxbir T.Cəfərov/

İndiyədək İranda zəlzələdən zərərçəkənlərə yardım məqsədilə əhali tərəfindən 6 milyon 425 min dollar vəsait toplanıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Əbulhəsən Fəqih deyib .Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

O deyib ki, elan olunmuş 99999 hesab nömrəsinə ölkənin müxtəlif bölgələrindən əhali 5 milyon dollar vəsait göndərib.Bundan başqa Qüds günü və Fitir bayramı (Ramazan bayramı) günləri də əhali zərərçəkənlərə bir milyon 425 min dollar vəsait yardım edib.

Fəqih həmçin əlavə edib ki, əhali tərəfindən həmçinin 500 ton həcmində humanitar yardım göstərilib.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti