Azərbaycanın birinci xanımı “Christie’s” hərrac evinin Bakıda ilk sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycanın birinci xanımı “Christie’s” hərrac evinin Bakıda ilk sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 15-də dünyanın aparıcı hərrac evi hesab olunan "Christie's" Heydər Əliyev Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yenicə istifadəyə verilmiş "The Four Seasons Hotel"in möhtəşəm salonunda Azərbaycanda ilk sərgisini təşkil etmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak etmişlər.

Sərgidə "Christie's"in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunur. Həmin eksponatlara impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxildir. Bu sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri yer almışdır. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın yaratdığı ölməz sənət incisi də vardır. Rəssamın həyat yoldaşı və itini təsvir etdiyi əsər "Qadın itlə" adlanır. Pablo Pikasso bu əsəri 1962-ci ildə çəkmişdir. Əsər 5-7 milyon dollar arasında qiymətləndirilir. Həmin əsərlə yanaşı, "Christie's"ın kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayiş edilir.

Sərgi ilə yaxından tanış olan Mehriban Əliyevaya buradakı bənzərsiz sənət nümunələri haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycanın birinci xanımı sərginin qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Açılış mərasimində bildirilmişdir ki, bu sərgi həm ölkə daxilində, həm də xaricdə mədəniyyət, təhsil, elm, sosial sahələrdə çoxlu sayda inkişaf proqramları və layihələri uğurla həyata keçirmiş, Azərbaycanın ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə açılmışdır. Fond milli və mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş coğrafiyada təbliği və ölkəmizin beynəlxalq imicinin formalaşmasına xüsusi önəm verir.

Vurğulanmışdır ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş "YARAT!" qeyri-kommersiya təşkilatı müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etmək məqsədilə yaradılmışdır. Təşkilat həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə faydalı dialoq və mübadilə aparır, həmçinin təhsil təşəbbüsləri, eləcə də beynəlxalq incəsənət mükafatları təsis etmək məqsədi naminə də fəaliyyət göstərir.

Tədbirdə çıxış edən "YARAT!" qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışmışdır. Aida Mahmudova buna görə Fondun prezidenti Mehriban Əliyevaya və onun komandasına minnətdarlığını bildirərək demişdir: "Biz bu tədbiri "Christie's" ilə birlikdə təşkil etdiyimizə görə qürur duyuruq. Mənim fikrimcə, bu tədbir Azərbaycanın beynəlxalq incəsənət məkanında təmsil olunması baxımından mühüm səhifə açacaqdır.

Azərbaycan xalqı zəngin mədəni irsə, həmçinin incəsənət əsərlərinə malikdir və biz bu reallığı təbliğ etmək niyyətindəyik. Buna görə də bu gün Bakıda belə bir möhtəşəm sərginin təşkilində səy və köməyini əsirgəməyən "Christie's" hərrac evinə dərin təşəkkürümüzü bildiririk. "YARAT!" təşkilatı olaraq biz Azərbaycanın müasir incəsənət xadimləri ilə dünya incəsənət xadimləri arasında dialoqa töhfə verəcək mümkün qədər çox mədəniyyətlərarası əlaqələr qurmaq niyyətindəyik".

Mərasimdə çıxış edən "Christie's" hərrac evinin sədri Devid Linley paytaxt Bakıda belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu bildirmiş və bu gözəl hadisənin zəngin mədəniyyət ənənələri olan bir ölkədə reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmişdir. Devid Linley demişdir ki, gələn il "Christie's"in Londonda keçirəcəyi beynəlxalq sərgidə müasir Azərbaycan incəsənət əsərlərini nümayiş etdirəcəkdir. Sədr bunun onda böyük məmnunluq hissi doğurduğunu söyləmişdir.

Sonra "Christie's"in fəaliyyəti barədə videoçarx nümayiş etdirilmişdir.

Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan "Christie's"in 250 illik tarixi vardır. Bu qurumun hazırda dünyanın 32 ölkəsində 53 ofisi və 10 satış salonu fəaliyyət göstərir.

Mərasim bir-birindən maraqlı musiqi proqramı ilə davam etmişdir.

Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, həmçinin dünyanın müxtəlif ölkələrindən 50-dək kolleksiyaçının, muzey işçisinin iştirak etdiyi Bakı sərgisi böyük maraq doğurmuşdur.

Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Loading Bars
Xəbər lenti
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Bütün xəbərlər