...

Mədəniyyət və Turizm Nazirliyi bölgələrdəki hotellərdə aşkarlanan nöqsanları açıqlayıb

Cəmiyyət Materials 28 Sentyabr 2012 15:09 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay mövsümü ərzində apardığı reydlər zamanı bölgələrdəki bəzi hotellərin fəaliyyəti ilə bağlı nöqsanlar aşkarlayıb.
Mədəniyyət və Turizm Nazirliyi bölgələrdəki hotellərdə aşkarlanan nöqsanları açıqlayıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay mövsümü ərzində apardığı reydlər zamanı bölgələrdəki bəzi hotellərin fəaliyyəti ilə bağlı nöqsanlar aşkarlayıb.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Tturizm şöbəsinin müdiri Aydın İsmiyev cümə günü Ümumdünya Turizm Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib ki, ulduz dərəcəsinin müddəti bitmiş, lakin ondan istifadə edən 18 mehmanxana, ulduz dərəcəsi aşağı olduğu halda, yuxarı ulduz kateqoriyası təqdim edən 5 mehmanxana, ümumiyyətlə, ulduz dərəcəsi olmayan, lakin ondan istifadə edən 6 mehmanxana müvafiq qanunvericiliyə zidd olaraq fəaliyyət göstərir.

İsmiyevin sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, sahibkarlar tərəfindən mövsümün başlanması ilə bağlı reklam və təşviqat işi zəif aparılır. Bir çox mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sahiblərinə dəfələrlə müraciət olunmasına baxmayaraq, lisenziyasız fəaliyyət göstərirlər. Bölgələrdə turistlərin istirahətlərinin səmərəli keçirilməsi üçün çox az sayda obyektlərdə əlavə xidmətlər təklif olunur, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sahiblərində idarəetmənin öyrənilməsi səviyyəsi çox aşağıdır, yerləşdirmə obyektlərində müştərilərə reklam, çap məhsulları təşviq olunmur.

Xəbər lenti

Xəbər lenti