...

Bu il Azərbaycanda baş verən yeraltı təkanların sayı ötən ilkindən çoxdur

Cəmiyyət Materials 10 Oktyabr 2012 16:35 (UTC +04:00)
Bu ilin birinci yarısında Azərbaycanda baş verən yeraltı təkanların sayı ötən ilkindən çoxdur.
Bu il Azərbaycanda baş verən yeraltı təkanların sayı ötən ilkindən çoxdur

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu ilin birinci yarısında Azərbaycanda baş verən yeraltı təkanların sayı ötən ilkindən çoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə baş verən son seysmik proseslərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Ötən il Azərbaycanda 10 mindən artıq yeraltı təkanın olduğunu xatırladan Yetirmişli qeyd edib ki, seysmik stansiyaların sayının çoxalması nəticəsində yeraltı təkanların qeydə alınması asanlaşıb. O qeyd edib ki, hazırda ölkədə 31 seysmik stansiya fəaliyyət göstərir.

"Gələn il quruda 4 stansiyanın quraşdırılması nəzərdə tutulur. Xəzər dənizində 3 dənizdibi stansiyanın quraşdırılmasından sonra stansiyaların sayı 38-ə çatdırılacaq. Bu, çox azdır", - Yetirmişli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti