...

Azərbaycanı narkomaniya bəlasına sürükləyən ölkələr

Cəmiyyət Materials 30 Oktyabr 2012 11:54 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib.
Azərbaycanı narkomaniya bəlasına sürükləyən ölkələr

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Trend-ə verilən məlumata görə, qeyd olunan faktlar üzrə 1707 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Həmin şəxslərdən ümumi çəkisi 1 ton 20 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları müsadirə edilib.

Müsadirə olunan narkotik vasitələrin tərkibində həşiş 477 kq ( 46,16 faiz) təşkil edib.

Respublika ərazisində "Xaş-Xaş 2012" şərti adı altında kompleks tədbirlər çərçivəsində qəsdən əkilib becərilmiş və yabanı halda bitən 325 ton narkotik tərkibli bitkilər aşkar olunaraq məhv edilib.

Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların 52 nəfəri xarici ölkə vətəndaşları olub. Onlardan 406 kq (40%) müxtəlif tərkibli narkotik vasitə götürülüb. Əcnəbi vətəndaşlardan 31-i İran, 14-ü Rusiya, 9-u Gürcüstan, 4-ü Əfqanıstan vətəndaşlarıdır.

2012-ci ilin ötən 9 ay ərzində məhkəmənin qanuni qüvvəyə minmiş hökmləri üzrə müsadirə olunan 1 ton 178 kq-dan artıq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib.

Ölkə üzrə qeydiyyatda olan narkomanların sayı sabit olaraq 26 min 716 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti