...

Ekologiya və Təbii Sərvətlər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs təyin edilib

Cəmiyyət Materials 30 Oktyabr 2012 14:31 (UTC +04:00)
Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən informasiya azadlığı üzrə məsul şəxs kimi nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təyin edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs təyin edilib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1- "İnformasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması"na dair müvafiq bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən informasiya azadlığı üzrə məsul şəxs kimi nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti