...

Azərbaycan miqrasiya qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması üzrə tvinninq layihənin təqdimatı olub

Cəmiyyət Materials 21 Noyabr 2012 18:59 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətində (DMX) Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan üçün fəaliyyət proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Xidmətin benefisiarı olduğu “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasına dəstək” adlı tvinninq layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Azərbaycan miqrasiya qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması üzrə tvinninq layihənin təqdimatı olub

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Dövlət Miqrasiya Xidmətində (DMX) Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan üçün fəaliyyət proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Xidmətin benefisiarı olduğu "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasına dəstək" adlı tvinninq layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

DMX-dən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Xidmət miqrantların hüquqlarının qorunmasına həmişə önəm verir və bu məqsədlə xarici dövlətlərlə iki və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə ayrıca diqqət ayırır. O, belə qarşılıqlı görüşlərin keçirilməsini, birgə fikir mübadiləsinin aparılmasını həm miqrasiya sahəsində müsbət nəticələrin əldə olunmasına səbəb olacağını, həm də əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacağını bildirib. Xidmət rəisi vurğulayıb ki, tvinninq proqramı qarşılıqlı əməkdaşlığa söykənən layihədir və bu layihənin həyata keçirilməsində əsas hədəf əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunmasını, Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin Avropa İttifaqının müvafiq qanunvericiliyinə uyğunlaşdırılmasını daha effektiv həyata keçirmək üçün inkişaf edən Aİ təcrübəsinin ölkəmizdə tətbiq edilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, maarifləndirmə və məlumatlandırma kampaniyalarının, həmçinin Xidmət əməkdaşlarının peşəkar bacarıqlarının artırılmasıdır.

Nəbiyev həmçinin bildirib ki, qurumun hazırkı kadr tərkibi müxtəlif sahələr üzrə təhsil almış və miqrasiya məsələlərinin xüsusi aspektləri üzrə təlimə ehtiyacı olan gənc ixtisaslaşmış şəxslərdən ibarətdir.

Niderland Krallığının Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidmətinin rəisi xanım Rodia Maas da təqdimat mərasimində qarşılıqlı görüşdən məmnunluğunu dilə gətirib və qarşılıqlı əməkdaşlığın verəcəyi müsbət töfhələri qeyd edib.

Daha sonra Xidmətin əməkdaşı Araz Əsgərli layihə ilə bağlı təqdimat keçirib. Təqdimatda Avropaya inteqrasiya istiqamətində səylərin daha da fəallaşdırılması məqsədilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin 2009-cu ildə Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olan tvinninq layihəsində iştirak etmək üçün Avropa Komissiyasına layihə təqdim etməsi və bu layihənin Komissiya tərəfindən bəyənildikdən sonra həyata keçirilməsinin məqsədəuyğun hesab edilməsi, eyni zamanda, layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti