...

Azərbaycanda "Sabahın alimləri" müəyyənləşəcək

Cəmiyyət Materials 14 Dekabr 2012 17:36 (UTC +04:00)
Gələn il fevralın 8-9-da Bakı şəhərində Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" II Respublika müsabiqəsi keçiriləcək.
Azərbaycanda "Sabahın alimləri" müəyyənləşəcək

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il fevralın 8-9-da Bakı şəhərində Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" II Respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - Intel ISEF-ə göndərilməsidir.

Layihə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək. Müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti