...

Azərbaycanda hemofiliyadan əziyyət çəkən insanların xəstəliklərinin ağırlıq səviyyəsi müəyyənləşdirilib

Cəmiyyət Materials 15 Dekabr 2012 12:20 (UTC +04:00)
Azərbaycanda hemofiliya, eləcə də qanda laxtalanma faktorlarının çatışmazlığının yaratdığı digər xəstəliklərdən əziyyət çəkən insanların xəstəliklərinin ağırlıq səviyyəsi müəyyənləşdirilib.
Azərbaycanda hemofiliyadan əziyyət çəkən insanların xəstəliklərinin ağırlıq səviyyəsi müəyyənləşdirilib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hemofiliya, eləcə də qanda laxtalanma faktorlarının çatışmazlığının yaratdığı digər xəstəliklərdən əziyyət çəkən insanların xəstəliklərinin ağırlıq səviyyəsi müəyyənləşdirilib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova şənbə günü Trend-ə deyib ki, Azərbaycandakı 1500-ə yaxın belə xəstənin 40 faizinin vəziyyəti ağır, 35 faizinin vəziyyəti orta-ağır, qalanlarının isə vəziyyəti yüngüldür.

Hüseynova bildirib ki, Azərbaycanda əhalinin sayına görə qanda laxtalanma faktorlarının çatışmazlığından əziyyət çəkən insanların sayı çoxdur.

Onun sözlərinə görə, Azərbaycanda belə xəstələrin sayı 1500 nəfərə yaxındır.

Bu insanlarda qanda müxtəlif zülalların çatışmazlığı nəticəsində hemofiliyanın A, B, C növləri, Bernar sulye, fon Villebrant kimi xəstəliklər yaranıb. Bununla əlaqədar da bu xəstələr qanaxma və qansızmalara məruz qalırlar. Bu xəstələrin hamısı hemofiliyalı xəstələrin müalicə olunduğu müəssisələrdə müalicə edilirlər.

Assosiasiya rəhbəri bildirib ki, Azərbaycanda belə xəstələrin sayının çox olmasının səbəblərindən biri ölkədə qohumla bağlanan nikahların üstünlük təşkil etməsidir. Digər tərəfdən, bir ailədə qanda laxtalanma faktorlarının çatışmazlığından əziyyət çəkən ilk uşaq dünyaya gəldikdən sonra valideynlər bunun səbəblərini araşdırmadan ikinci, üçüncü uşaqlarını da bu xəstəliklərlə dünyaya gətirirlər. Bu da nəticədə belə xəstələrin sayının artmasına gətirib çıxarır.

Hüseynova hesab edir ki, bu problemin ən əsas həlli yollu ölkədə genetik molekulyar laboratoriyanın yaradılmasıdır. Əgər belə bir laboratoriya yaradılarsa, xəstənin daşıyıcılarını müəyyən etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti