...

Qara səhifədə olan mobil cihazlara telekommunikasiya xidmətləri göstərən operatorlar cərimələnəcək

Cəmiyyət Materials 21 Dekabr 2012 15:39 (UTC +04:00)
İMEİ nömrəli mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara telekommunikasiya xidmətləri göstərənlər cərimələnəcək.
Qara səhifədə olan mobil cihazlara telekommunikasiya xidmətləri göstərən operatorlar cərimələnəcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

İMEİ nömrəli mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara telekommunikasiya xidmətləri göstərənlər cərimələnəcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin cümə günü keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.

Dəyişikliklər barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Məcəlləyə İMEİ nömrəli mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsinə görə cəza nəzərdə tutan 180-2 və 180-3 maddəsi əlavə olunur.

Dəyişikliklərə əsasən, mobil operator tərəfindən İMEİ nömrəli mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər 2 min manat miqdarında, hüquqi şəxslər isə 10 min manat miqdarında cərimə edilir.

Nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər isə 20 min manat miqdarında cərimə ediləcək.

180-3 maddəsi telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının təmin edilməməsi ilə bağlıdır. Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 5 min manat miqdarında, hüquqi şəxslər isə 25 min manat miqdarında cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti