...

Baş Prokurorluq: Sevinc Babayeva Türkiyə xəstəxanasına başqa adla daxil olub və vəfat edib

Cəmiyyət Materials 28 Dekabr 2012 15:46 (UTC +04:00)
Baş Prokurorluq Sevinc Babayevanın Türkiyə xəstəxanasına başqa adla daxil olduğunu açıqlayıb
Baş Prokurorluq: Sevinc Babayeva Türkiyə xəstəxanasına başqa adla daxil olub və vəfat edib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş Prokurorluğn Sevinc Babayevanın Türkiyə xəstəxanasına başqa adla daxil olduğunu açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin "Medicana International İstanbul Hospital" xəstəxanasında vəfat etmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və Sevinc Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilmiş və mərhumun S.Babayeva olması müəyyənləşdirilmişdir.

Xəstəxanadan verilən ilkin məlumata görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S.Babayeva ürək çatışmazlığından vəfat etmişdir.

Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırmış və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunmuşlar.

Aparılan araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti