...

Azərbaycanda lisenziya ilə işləyən mehmanxana və turizm şirkətlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 29 Yanvar 2013 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda 253 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2012-ci il ərzində 77 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Ötən il 57 hüquqi və fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Hazırda respublikada 218 turizm şirkəti fəaliyyət göstərir.

Keçən il ərzində 6 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektin fəaliyyəti üçün verilmiş lisenziya Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən dayandırılıb. Eyni zamanda, 22 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti üçün verilmiş lisenziyalar nazirliyin əmrinə əsasən dayandırılıb və onlardan 4-nün fəaliyyəti sonradan bərpa edilib.

2012-ci il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilib və Azərbaycanda dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 67-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti