...

AMEA-nın tərkibində yeni qurumlar yaradıla bilər

Cəmiyyət Materials 14 Mart 2013 16:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası yanında İnstitut Direktorlarının Şurası və Gənclər Bürosunun yaradılması təklif edilib. Trend-in məlumatına görə, bu təklifi Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezident əvəzi Akif Əlizadə səsləndirib.
AMEA-nın tərkibində yeni qurumlar yaradıla bilər

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası yanında İnstitut Direktorlarının Şurası və Gənclər Bürosunun yaradılması təklif edilib. Trend-in məlumatına görə, bu təklifi Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezident əvəzi Akif Əlizadə səsləndirib.

Onun sözlərinə görə, Direktor Şurasının yaradılması institutların bir qədər də aktivləşməsinə şərait yaradar.

"İnstitut direktorları hamısı həmişə Rəyasət Heyətinin iclaslarında iştirak edə bilmirlər. Direktorlar Şurası olarsa, AMEA-nın daxili problemlərini daha ətraflı müzakirə etmək olar. Beləliklə, ölkənin fundamental elmi problemlərinə diqqət daha da artar", - Əlizadə deyib.

O hesab edir ki, AMEA-da gənclərlə bağlı xüsusi qurum yaradılarsa, gənclərin problemləri daim diqqətdə olar. Bu yeni qurumların yaradılmasının əsas məqsədi isə Azərbaycan elminin prioritet istiqamətlərinə elmi dəstək verməkdir.

AMEA prezidenti əvəzinin sözlərinə görə, gənc alimlərə dəstək vermək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə Elm Fondu yaradılıb. Bu il ARDNŞ tərəfindən bu fond üçün 4,5 milyon vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti