...

Azərbaycan Diplomatik Akademiyası və Niderland Menecment Məktəbinin birgə proqramına sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 18 Mart 2013 16:35 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası və Niderlandda yerləşən Maastrixt Menecment Məktəbinin (MSM) biznesin idarə edilməsi üzrə birgə magistratura proqramına sənəd qəbulu başlayıb.
Azərbaycan Diplomatik Akademiyası və Niderland Menecment Məktəbinin birgə proqramına sənəd qəbulu başlayıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Diplomatik Akademiyası və Niderlandda yerləşən Maastrixt Menecment Məktəbinin (MSM) biznesin idarə edilməsi üzrə birgə magistratura proqramına sənəd qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. İki illik proqram modullarla tədris olunur. Hər modul 10 gündən ibarətdir və dərslər hər üç ayda bir dəfə Bakıda və Maastrixtdə keçirilir. Dərs qrafiki işləyərək biznes təhsili almağa imkan yaradır. Cəmi 7 moduldan ibarət proqramın 6 modulu əsas proqramı əhatə edir, son modul isə ixtisaslaşmadır. Ekzekyutiv MBA proqramında iki ixtisaslaşma - enerji və ətraf mühit və beynəlxalq biznes təklif olunur.

Proqramın sonunda məzunlar həm ADA-nın, həm də MSM-in beynəlxalq akkreditasiyaya malik diplomunu alacaqlar. Proqrama sənəd qəbulu iyunun 15-dək aparılacaq. Müraciət etmək istəyənlər http://www.ada.edu.az/en-US/Pages/emba_graduate.aspx linkinə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti