...

Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərindən 528-i qadındır

Cəmiyyət Materials 8 Aprel 2013 10:58 (UTC +04:00)
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2012-ci il ərzində 1878 nəfər narkotik istifadəçisi qeydə alınıb.
Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərindən 528-i qadındır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2012-ci il ərzində 1878 nəfər narkotik istifadəçisi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2012-ci il üçün ölkə məruzəsi" adlı hesabatında qeyd edilir.

Sənədə əsasən, bununla da ölkədə rəsmi olaraq narkotik istifadəçisi olan xəstələrin sayı 27 910 nəfərə çatıb. Onlardan 21 999 nəfəri dispanser, 5 991-i profilaktik, 567-i anonim qeydiyyatda olanlardır.

Narkotik istifadəçilərindən 4 nəfəri 18 yaşa qədər, 528-i qadın, 362-i dispanser, 166-ı profilaktik, 134 nəfəri isə toksikomanlar olub.

Qeydiyyatdan çıxanların ümumi sayı 430 (3,1%) (236 dispanser, 194 profilaktik) nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti