...

Bu gün Heydər Əliyev prospekti günorta saatlarına qədər bağlı olacaq

Cəmiyyət Materials 1 May 2013 10:08 (UTC +04:00)
Bu gün Azərbaycanda keçirilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq velosiped turunun 1-ci mərhələsi ilə əlaqədar səhər saat 10:30-dan başlayaraq Heydər Əliyev Mərkəzinin yanından metronun "Koroğlu" stansiyası istiqamətində yol günorta saat 14:30-dək bağlı olacaq.
Bu gün Heydər Əliyev prospekti günorta saatlarına qədər bağlı olacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanda keçirilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq velosiped turunun 1-ci mərhələsi ilə əlaqədar səhər saat 10:30-dan başlayaraq Heydər Əliyev Mərkəzinin yanından metronun "Koroğlu" stansiyası istiqamətində yol günorta saat 14:30-dək bağlı olacaq.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bu müddətdə adıçəkilən ərazi üzrə Heydər Əliyev prospektinə giriş bağlanacaq.

"Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, həmin müddətdə velosiped turunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə adı qeyd olunan istiqamətdə yarışların keçirildiyi zaman avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamət dəyişdiriləcək", - Əsədov əlavə edib.

Qeyd edək ki, 24 ölkədən 25 komandanın iştirak etdiyi beynəlxalq velosiped turunun 1-ci mərhələsi paytaxtın Heydər Əliyev Mərkəzindən Heydər Əliyev prospekti ilə metronun "Koroğlu" stansiyası istiqamətində və geriyə 11 dəfə dövrə vurmaqla başa çatacaq.

Mayın 5-dək davam edəcək turun 2-ci mərhələsi mayın 2-də Bakı - Qobustan - Şamaxı - İsmayıllı marşrutu, 3-cü mərhələ mayın 3-də Qəbələ - Oğuz - Şəki - Oğuz- Qəbələ, dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı", beşinci - sonuncu mərhələ isə mayın 5-də paytaxtın mərkəzi küçələri - Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq. Azadlıq meydanından start götürərək Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

Bakı şəhər yol polisi sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir və ya ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti