Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A. Tağıyeva/
Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktlarına dair iş üzrə saxlanılanların sayı 13-ə çatıb. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Muammer Güler deyib.
Daha əvvəl saxlanılanların sayının 9 nəfər olduğu bildirilirdi.
Qeyd edək ki, Reyhanlıda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 50-yə çatıb.