...

Azərbaycanda ödəniş terminalları vasitəsilə kreditlərin rəsmiləşdirilməsi xidməti işə salınıb

Cəmiyyət Materials 4 İyun 2013 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Vəliyev/

"Komtec" şirkəti və "Unibank" ASC "MilliÖN" ödəniş terminalları vasitəsilə kreditlərin online rəsmiləşdirilməsi xidmətini işə salıb. Bu barədə Trend-ə çərşənbə axşamı "Komtec" şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, kreditin rəsmiləşdirilməsi üçün menyuda "Bank xidmətləri" düyməsini, sonra "UniBank" düyməsini seçmək, bundan sonra - "Kredit sifarişi" düyməsini basmaq lazımdır.

Bank müştəriləri prefikslə bərabər mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin nömrəsini yığmalıdırlar. Qısa zaman ərzində sifarişçi onun əldə edə biləcəyi kredit məbləğini özündə əks etdirən SMS və sonrakı təlimatları əldə edəcək. Xidmətə görə komissiya tutulmur.

"MilliÖN" ödəniş terminalları vasitəsilə, həmçinin "Unibank" ASC tərəfindən verilən kreditlərin online ödənilməsi də mümkündür. Bu xidmətdən yararlanmaq üçün müştərilər menyuda "Bank xidmətləri" düyməsini, sonra "UniBank" düyməsini seçib, bundan sonra - "Kredit ödənişi" düyməsini basmalıdırlar. Bank müştəriləri prefikslə bərabər mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin nömrəsini yığmalıdırlar, lazımi məbləği daxil edib, çeki almalıdırlar. Məbləğin köçürülməsi real rejimdə həyata keçirilir. Məbləğin ödənilməsinə görə komissiya tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti