...

Azərbaycanda mobil telefonların IMEI kodlarının online qeydiyyatı istifadəyə verilib

Cəmiyyət Materials 19 İyun 2013 10:12 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) online qeydiyyatı xidmətini istifadəyə verib.
Azərbaycanda mobil telefonların IMEI kodlarının online qeydiyyatı istifadəyə verilib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) online qeydiyyatı xidmətini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, IMEI kodların online qeydiyyatı sistemi elektron hökumət portalında əlçatandır və GSM qurğunun qeydiyyatdan keçirilməsi üçün elektron-rəqəmsal imzanın olması vacibdir. Çünki o, istifadəçinin şəxsiyyətini təsdiqləyir.

Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi mayın 1-dən işə salınıb.

Həmin tarixdən etibarən respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.

Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dədiq məlumat almağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti