...

Akif Əlizadə: Alimlərimizin araşdırmalarının keyfiyyəti elmin yüksək səviyyəli informasiya ilə təmin olunmasından asılıdır

Cəmiyyət Materials 21 İyun 2013 12:59 (UTC +04:00)
Azərbaycan alimləri tərəfindən aparılan araşdırmaların keyfiyyətinin yüksəldilməsi, həmçinin yüksəkixtisaslı kadr hazırlığı sahəsində beynəlxalq standartların tətbiqi elmin yüksək səviyyəli informasiya ilə təmin olunmasından bilavasitə asılıdır.
Akif Əlizadə: Alimlərimizin araşdırmalarının keyfiyyəti elmin yüksək səviyyəli informasiya ilə təmin olunmasından asılıdır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan alimləri tərəfindən aparılan araşdırmaların keyfiyyətinin yüksəldilməsi, həmçinin yüksəkixtisaslı kadr hazırlığı sahəsində beynəlxalq standartların tətbiqi elmin yüksək səviyyəli informasiya ilə təmin olunmasından bilavasitə asılıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Qloballaşma prosesləri və Azərbaycan elmi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir elmin ən son nailiyyətləri və təhsil sahəsində yeni innovativ texnologiyalar haqqında zəngin informasiyalar bir sıra nüfuzlu beynəlxalq elmi bazalarda cəmləşmişdir. Bu baxımdan hazırda dünya səviyyəsində böyük nüfuza malik olan "Tomson", "Şpringer", "Elsevier" və s. kimi beynəlxalq elmi bazaların resurslarına çıxış çox mühüm məsələlərdəndir.

A.Əlizadə bildirib ki, bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir.

Akademiyanın prezidenti bildirib ki, hazırda dövlətlərarası elmi proqramlar və layihələr çərçivəsində alimlər arasında əməkdaşlıq forması daha çox əhəmiyyət kəsb edir: "İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir. Son illər Azərbaycanda müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlərin və patentlərin sayı xeyli artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti