...

Təhsil Nazirliyi növbəti tədris ilində bir neçə ali məktəbi akkreditasiyadan keçirəcək

Cəmiyyət Materials 24 İyun 2013 17:10 (UTC +04:00)
Növbəti tədris ilində də dövlət ali təhsil müəssisələri ilə yanaşı, bir neçə özəl ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyi növbəti tədris ilində bir neçə ali məktəbi akkreditasiyadan keçirəcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ilində də dövlət ali təhsil müəssisələri ilə yanaşı, bir neçə özəl ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsi nəzərdə tutulub.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazirlik tərəfindən özəl və dövlət ali təhsil müəssisələrinə nəzarət mexanizmi eynidir. Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinə əsas nəzarət mexanizmi isə akkreditasiyadır.

Tədrisin keyfiyyətinə diqqət yetirilməsi və daha da yaxşılaşdırılması istiqamətində hansı addımların atılacağına gəldikdə, nazirlik bildirir ki, ali təhsil müəssisələrində və ümumiyyətlə, təhsil sistemində tədris prosesinin yaxşılaşdırılması, neqativ halların aradan qaldırılması ilə bağlı "Qaynar xətt" xidməti yaradılıb.

Bu xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə müraciətlər qəbul olunur. Hər hansı bir zərurət yaranarsa, müvafiq ali təhsil müəssisələrində monitorinqlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti