...

Təhsil Nazirliyi: Özəl ali məktəblərdə tədrisin keyfiyyəti dövlət ali məktəblərindən aşağı olmamalıdır

Cəmiyyət Materials 24 İyun 2013 17:19 (UTC +04:00)
Özəl ali təhsil müəssisələrində tədrisin keyfiyyəti müvafiq ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrindən aşağı olmamalıdır.
Təhsil Nazirliyi: Özəl ali məktəblərdə tədrisin keyfiyyəti dövlət ali məktəblərindən aşağı olmamalıdır

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Özəl ali təhsil müəssisələrində tədrisin keyfiyyəti müvafiq ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrindən aşağı olmamalıdır.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, əks təqdirdə belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur.

Nazirliyin məlumatına görə, artıq bir çox özəl ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə təhsilin keyfiyyəti dövlət ali təhsil müəssisələrindən yüksəkdir. Özəl ali təhsil müəssisələrindən bir neçəsi dövlət sifarişi ilə tələbə qəbulunda iştirak edir, hətta bəzi ixtisaslar üzrə özəl ali təhsil müəssisələrinə dövlət sifarişi ilə qəbul olunanların sayı dövlət təhsil müəssisələrinə qəbul olunanlardan çoxdur.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə hər hansı ali təhsil müəssisəsində müasir tələblərə cavab verən maddə-texniki baza, kadr potensialı, tədris-metodiki təminat və s. yaradılarsa, ən əsası məzunların işlə təmin olunması yüksək səviyyədə olarsa, həmin ali məktəbin əsaslandırılmış təklifi əsasında müəyyən ixtisaslar üzrə qəbul planının artırılması məsələsinə baxıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti