Azərbaycan, Bakı, 26 iyul /Trend/
Yerevan meriyasının qarşısında etiraz aksiyası keçirilir. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, polis aksiya iştirakçılarını meriyanın mərkəzi girişinə daxil olmağa imkan vermir.
Etirazçılar həmin ərazidə öz tələblərini səsləndirməyə çalışırlar. Polis bələdiyyədən şikayət daxil olduğunu və iştirakçıların meriyanın işinə əngəl törətdiyini əsas gətirərək aksiyanın keçirilməsinə mane olur.
Uzun çək-çevirdən sonra etirazçılar tələblərini oxumağa müvəffəq olublar. Onlar meriyanın Nəqliyyat idarəsinin müdiri və "YerevanTrans"ın direktorunu istefaya səsləyiblər. İştirakçılar tələbləri icra edilməyənədək meriya qarşısında qalacaqlarını bəyan ediblər.