...

Bu il Azərbaycanda 50 mindən çox şəxs ilk dəfə sürücülük vəsiqəsi alıb

Cəmiyyət Materials 29 İyul 2013 17:32 (UTC +04:00)
Bu ilin birinci yarısında Azərbaycanda 51 226 ilkin sürücülük vəsiqəsi verilib.
Bu il Azərbaycanda 50 mindən çox şəxs ilk dəfə sürücülük vəsiqəsi alıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Bu ilin birinci yarısında Azərbaycanda 51 226 ilkin sürücülük vəsiqəsi verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, BDYPİ-nin əməkdaşları tərəfindən 2013-cü ilin birinci yarısı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 47 764 avtomobil ilkin qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti