...

TQDK sədri valideynlərə müraciət edib

Cəmiyyət Materials 2 Avqust 2013 12:37 (UTC +04:00)
Valideynlər abituriyentlərin sərbəst ixtisas seçiminə şərait yaratmalıdırlar. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiysının (TKDK) sədri Məleykə Abbassadə cümə günü keçirilən mətbuat konfransında bildirib.
TQDK sədri valideynlərə müraciət edib

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

Valideynlər abituriyentlərin sərbəst ixtisas seçiminə şərait yaratmalıdırlar. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiysının (TKDK) sədri Məleykə Abbassadə cümə günü keçirilən mətbuat konfransında bildirib.

TQDK sədrinin sözlərinə görə, çox vaxt abituriyentlər valideynlərin təziyqi altında qalırlar: "Valideynlər övladlarını cəmiyyətdə daha prestijli sayılan ixtisaslarda görmək istəyirlər. Tutaq ki, abituriyent biologiya müəllimi olmaq istəyir, yüksək bal toplayanda isə validyen onun tibb ixtisaslarına sənəd verməsini istəyir".

Komissiya sədri bildirib ki, ixtisas seçimi aparan zaman valideyn uşağın seçimində iki məhdudiyyət qoya bilər - uşağının yaşadığı şəhərdə, yoxsa digər şəhərdə ali məktəbini seçməsində və gəncin dövlət sifarişli yox, ödənişli yerlərdə oxumasına: "Bu iki məsələdə qərarı valideyn verə bilər, ixtisas seçimində isə valideynlər uşaqlara sərbəstlik verməlidirlər".

TQDK sədri bildirib ki, avqustun 6-dan ixtisas seçimi başlayır: "Abituriyent ixtisas seçimini özü aparmalı, sonra da kompyuterin arxasında oturaraq kodları daxil etməlidir. Düzgün qərar qəbul etmək yalnız abituriyentlərdən asılıdır. Bu prosedurlar zamanı düzgün qərar qəbul etmək üçün abitiuryentlərə bütün məlumatlar verilib. I, IV və III qrup üzrə kitabçalar satışa çıxarılıb, kitabçaların elektron formada da satışa qoyulmasını tapşıracağam".

O, həmçinin deyib ki, IV qrupda abituriyentlər əsasən tibb ixtisaslarını seçirlər, aqrar ixtisaslara isə meyil azdır:
"Aqrar sahədə mütəxəsislərə hazırda tələbat daha çoxdur. Tibb ixtissalarına nisbətən aqrar ixtisasları seçənlər daha tez iş tapacaqlar. Bir az gələcəyə baxmaq lazımdır: "500 baldan az toplayanların 890 yerin olduğu Tibb Universitetinə, xüsusən müalicə işinə qəbul olması şansları azdır. Birinci mərhələdə ixtisas seçiminin düzgün aparılması çox vacibdir. Çünki nisbətən yüksək bal toplayan abituriyent tutaq ki, daha yüksək bal tələb edən ixtisası seçir, qəbul ola bilmir. İkinci mərhələdə isə hətta həmin abituriyentin seçdiyi ixtisas üzrə müsabiqə şərti yüksələ və o, qəbul olmaya bilər. Ona görə də valideynlər və abituriyertlər indidən məsələni müzakirə edib, qərar verməlidirlər".


Məqalədə:
Xəbər lenti

Xəbər lenti