...

Bakıda MilliÖn ödəniş terminalları şəbəkəsinin işi müvəqqəti dayandırılıb

Cəmiyyət Materials 6 Avqust 2013 12:06 (UTC +04:00)
"Komtec" şirkəti MilliÖn özünəxidmət terminalları şəbəkəsi sisteminin texniki yenilənməsinə başlayıb.
Bakıda MilliÖn ödəniş terminalları şəbəkəsinin işi müvəqqəti dayandırılıb

Azərbaycan, Bakı, 6 avqust/Trend, müxbir H. Vəliyev/

"Komtec" şirkəti MilliÖn özünəxidmət terminalları şəbəkəsi sisteminin texniki yenilənməsinə başlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, texniki səbəblərdən MilliÖn terminallarının işi avqustun 6-da müvəqqəti dayandırılıb. Günün ikinci yarısında sistemin işinin bərpa ediləcəyi gözlənilir.

Sistemin yenilənməsi istifadəçi interfeysində dəyişiklikləri nəzərdə tutmur, sistemin özünün imkan və gücünü, həmçinin onun buraxılış qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti