Azərbaycan, Bakı, 26 avqust /Trend/
Təmir işləri ilə əlaqədar avqustun 26-da saat 09:00-dan 18:00-dək "Qobustan" və "Şamaxı" Qazpaylayıcı stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə daxil olan məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan və Şıxlar qəsəbələri, "Bağlar" massivi, həmçinin Şamaxı şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.
Qaradağ və Şamaxı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Təmir işləri ilə əlaqədar avqustun 26-da saat 09:00-dan 18:00-dək “Qobustan” və “Şamaxı” Qazpaylayıcı stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.
