...

Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb

Cəmiyyət Materials 4 Sentyabr 2013 15:28 (UTC +04:00)
Artiq 10 ildir ki, Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində "Təhsilə dəstək" layihəsi çərçivəsində aksiya həyata keçirir.
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir S.Ağayeva/

Artiq 10 ildir ki, Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində "Təhsilə dəstək" layihəsi çərçivəsində aksiya həyata keçirir. Ənənəyə çevrilmiş aksiya qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edir.

Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, 2013-2014-cü dərs ili ərəfəsində gerçəkləşən növbəti aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Onlar üçün nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı artıq məktəblərə paylanıb.

Məktəb həyatına Fondun töhfəsi ilə başlayan birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub.

Ötən illərdə Fond qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərib.

2008-2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti