...

Bakıda orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2013 17:20 (UTC +04:00)
Bakının Səbail rayonu 6 saylı tam orta məktəbində daxili işlər nazirinin müvafiq əmrinə əsasən respublikada keçirilən "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüş keçirilib.
Bakıda orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakının Səbail rayonu 6 saylı tam orta məktəbində daxili işlər nazirinin müvafiq əmrinə əsasən respublikada keçirilən "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüş keçirilib.

Trend xəbər verir ki, 150-yə yaxın yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması olub.

Görüşdə məktəbin müəllim və şagird heyəti, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar üzrə inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yasına catmayanlarla profilaktiki isin təşkili bölməsinin rəisi, polis mayoru Etibar Əsgərov, həmin idarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru, polis mayoru Gülzar Əliyeva və digər polis əməkdaşları, Gənclər və İdman Nazirliyinin, eləcə də gənclər təşkilatlarının nümayəndələri, "İşıqlı həyat" layihəsinin koordinatoru Tuqay Kərimov, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. Bununla yanaşı, şagirdlərə tütün məmulatları və spirtli içkilərdən istifadə və s. kimi zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib.

Həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov şagirdləri maraqlandıran müxtəlif suallara aydınlıq gətirib.

Tədbirin sonunda hər bir iştirakçıya Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıqqaytarıcı aksessuarlar hədiyyə edilib.

Qeyd edək ki, "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində bu kimi tədbirlərin orta məktəblərdə oktyabrın 10-dək davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti