...

Azərbaycanda tələbə köçürmələri ilə bağlı qaydalar niyə dəyişdirilir?

Cəmiyyət Materials 21 Sentyabr 2013 09:56 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri ilə bağlı qaydaların hansı zərurərətdən yenidən hazırlandığını açıqlayıb.
Azərbaycanda tələbə köçürmələri ilə bağlı qaydalar niyə dəyişdirilir?

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri ilə bağlı qaydaların hansı zərurərətdən yenidən hazırlandığını açıqlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması 1996-cı ildə təsdiq olunmuş Əsasnamə ilə tənzimlənir.

Nazirlikdən bildirilib ki, ötən illərin təcrübəsi, xüsusən də respublikanın 2005-ci ildə Boloniya prosesinə qoşulması və Boloniya Bəyannaməsinin əsas tələbi olan ali təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili həmin əsasnamədə müvafiq dəyişikliklərin aparılması zərurətini yaradıb. Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən yeni qaydaların layihəsi hazırlanıb və hazırda müvafiq struktur bölmələrində geniş müzakirə olunur. Həmin layihə təsdiq edildikdən sonra onun əsas müddəaları geniş ictimaiyyətə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti