...

Mikayıl Cabbarov: Azərbaycan regional əmək bazarları üçün peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir

Cəmiyyət Materials 2 Oktyabr 2013 12:24 (UTC +04:00)
Azərbaycanın həm daxili iqtisadi tələbləri, həm də gələcəkdə regional əmək bazarları üçün peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 18 nömrəli Bakı Peşə liseyində "BOSCH" Resurs Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Mikayıl Cabbarov: Azərbaycan regional əmək bazarları üçün peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın həm daxili iqtisadi tələbləri, həm də gələcəkdə regional əmək bazarları üçün peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 18 nömrəli Bakı Peşə liseyində "BOSCH" Resurs Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peşə təhsilinin inkişafı ölkəmiz üçün ən mühümdür. Çünki Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına daimi olaraq müasir peşəkarlar lazımdır.

M.Cabbarov qeyd edib ki, ölkədə müasir zamanın tələbatlarına cavab verən peşəkarlar hazırlanmalı və onlara sənət öyrədilməlidir: "Buna nail olmaq üçün ən müasir və yeni texnologiyaları, bilikləri, təcrübələri Azərbaycanın peşəkarlıq sahəsinə gətirmək lazımdır. Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşıq sayəsində peşəkarların hazırlanmasına diqqət yetirir".


Qeyd edək ki, bu gün 18 nömrəli Bakı Peşə liseyində "Dülgər, xarrat-parket ustası" ixtisası və "Bərbər" ixtisası üzrə "BOSCH" Resurs Mərkəzinin tədris emalatxanasının açılışı olub. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirliyinin konsulu İnes Hofman, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və BOSCH" şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak ediblər.

Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin konsulu İnes Hofman Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkədə peşəkar kadrlara ehtiyac olduğunu deyib. O bildirib ki, Almaniya hökuməti də hər zaman peşəkar kadrların hazırlanmasında Azərbaycana dəstək göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti